Sikorski nüvə silahına qarşıdır...

19.11.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşa xarici işlər naziri Radoslav Sikorski Polşada nüvə silahlarının yerləşdirilməsi ideyasını dəstəkləməyib.

Axar.az xəbər verir ki, Sikorski ölkəsinin Nüvə Silahlarının Yayılmaması haqqında müqaviləyə tərəfdaş olduğunu söyləyib.

O, həmçinin Polşanın keçmiş prezidenti (1990-1995) Lex Valensanı Polşa üçün nüvə başlıqları əldə etməyə çalışdığına görə tənqid edib.

Qeyd edək ki, Andjey Duda dövlət başçısı vəzifəsində olduğu müddətdə (2015-2025) dəfələrlə Amerika nüvə silahlarının Polşada yerləşdirilməsinin zəruriliyindən danışıb. Polşanın yeni prezidenti Karol Navrotski də bu ideyanı dəstəklədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью