Sikorskidən ABŞ və Rusiyaya "tərs şillə"...

31.10.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukraynaya qarşı davam edən hücumlar fonunda Vaşinqtonun Rusiyaya qarşı ritorikanı yumşaltmaq istəyi qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

R.Sikorski Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə bu yanaşma ilə qəti şəkildə razılaşmayıb və Rusiyanın Dnepr dəmiryol stansiyasına endirdiyi hava hücumunu misal gətirib:

"İstərdim ki, kimsə mənə izah etsin ki, məsələn, Dnepr dəmiryol stansiyasında sərnişinlərin qətlinə necə reaksiya verim?".

O, həmçinin vurğulayıb ki, artıq bir milyondan çox insanın həyatına son qoyan təcavüzkar müharibəyə etiraz etməmək mümkün deyil.

Polşalı nazir Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakına xüsusi olaraq diqqət çəkib.

Sikorski Lavrovla ənənəvi qrup fotosunun çəkilməyəcəyini açıqlayıb:

"Lavrovla şəkil çəkdirmək istəməyən tək mən deyiləm".

Onun sözlərinə görə, Rusiya nümayəndəsinin iştirakı digər rəsmilər üçün narahatlıq yaradır.

Qeyd edək ki, Pentaqonun bəzi NATO müttəfiqlərindən, xüsusən də Baltikyanı ölkələrdən Rusiya təhdidi ilə bağlı ritorikanı yumşaltmağı xahiş etməsi barədə məlumatlar yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью