Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Varşavadakı hadisələr Polşanın prezident respublikasına çevrilməsinin qarşısını almaq məqsədi daşıyıb.
Axar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski X hesabında bildirib.
“Dünən gecə Varşavadakı Konstitusiya Tribunalında baş verənlər heç də xoş görünmürdü. Lakin alternativ olaraq Polşanın konstitusiyaya zidd şəkildə prezident respublikasına çevrilməsinə razılaşmaq olardı. Polşa parlamentin seçdiyi koalisiya hökuməti tərəfindən idarə olunmağa davam edir”, – nazir qeyd edib.