Sıla: Onunla ilk görüşə çamadanla getmişdim

01.08.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli müğənni Sıla Gəncoğlu qatıldığı "YouTube" proqramında aktyor İlker Kaleli ilə ilk görüşünün maraqlı təfərrüatlarını bölüşüb.
Demokrat.az
-ın məlumatına görə, müğənni bildirib ki, pandemiya dövründə aylarla yalnız videobağlantı vasitəsilə ünsiyyət saxladıqları üçün ilk görüşləri qeyri-adi şəraitdə baş tutub.
Sılanın sözlərinə görə, münasibətləri təxminən altı il əvvəl başlayıb: "O vaxt pandemiya idi. Aylarla görüntülü danışırdıq. Söhbətlərimiz çox yaxşı alınırdı, amma hələ üz-üzə görüşməmişdik. Üstəlik, fərqli şəhərlərdə yaşayırdıq. Mən həmin vaxt Bodrumda idim. Dörd-beş ay belə danışdıq. Nəhayət, pandemiya məhdudiyyətləri yumşalanda görüşməyə qərar verdik".
Sıla görüş üçün İstanbula getdiyini, lakin həmin dövrdə həftəsonu komendant saatının tətbiq olunduğunu xatırladıb: "Cümə günü görüşəcəkdik. Həftəsonu küçəyə çıxmaq qadağan idi və mən bazar ertəsinədək evdən çıxa bilməyəcəkdim. "Bəlkə alınmadı, söhbət tutmadı?" deyə dostlarımla hətta xüsusi parol da müəyyənləşdirmişdik. Lazım gələrsə gəlib məni aparacaqdılar. Mən ilk görüşə çamadanla gedən qadınam".
Verilişdə ona "Çamadanında xüsusi nələr var idi?" sualı da ünvanlanıb.
"İnsan ilk görüşə gedəndə təbii ki, bir az da cazibədar görünməyi düşünür. Amma elə də yox, salamlaşmağa jartiyerlə getmirik. Çamadanda su qızdırıcısı da yox idi", deyə o zarafat edib.
Müğənni münasibətlərində romantik tərəfin daha çox özünün olduğunu da etiraf edib: "Düşünürəm ki, daha romantik olan mənəm. Əslində romantikanı bir-birimizlə öyrəndik. Əvvəllər ikimiz də o qədər romantik deyildik, amma yenə də bu mövzuda mən üstünəm".
O, münasibətlərindəki xüsusi ənənələrdən də danışıb.
"Bir-birimizə məktublar yazırıq. Müntəzəm olmasa da, xüsusi günlərdə uzun məktublar hazırlayırıq. Həmçinin beş ildir ki, bir bankamız var. Vaxtaşırı kiçik qeydlər yazıb ora atırıq. Gələcəkdə onları birlikdə açıb oxuyacağıq", deyə müğənni qeyd edib.
Sıla əlavə edib ki, valideynlərinin bir-birinə yazdığı məktublar da ona əmanət qalıb və həmin məktublar sevgi, hörmət və romantikanın gözəl nümunəsidir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью