Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Fələstinin Qəzza zolağında HƏMAS hərəkatının lideri Xəlil əl-Həyya radikalların tərksilah edilməsinə qəti şəkildə qarşı çıxıb.
“Qafqazinfo” xəbər verir ki, , onun videomüraciəti Qətərin “Al Jazeera” telekanalı tərəfindən yayımlanıb.
“HƏMAS-ın və onun silahlarının mövcudluğu birbaşa işğalla bağlıdır. Silah gəzdirmək xalqımızın nümayəndələrinin təbii haqqıdır”, - əl-Həyya deyib.
O həmçinin bildirib ki, İsrailin son təklifində məqbul olmayan şərtlər var.
ƏXəlil əl-Həyya qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı vasitəçilərin martın sonunda irəli sürdükləri Qəzza zolağında atəşkəs təklifi ilə razılaşıb, İsrail isə şərtlərdən imtina edib.