Silah satışı ilə məşğul olan 15 nəfər saxlanılıb FOTO | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın 4 vilayətində qanunsuz silah sa
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərtac" Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) saytına istinadla xəbər verir.
“Təhlükəsizlik Xidməti və Milli Polis Ukraynanın dörd regionunda ələ keçirilən silah və sursatların qanunsuz satışının qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Xüsusi əməliyyat nəticəsində 24 saat ərzində, demək olar ki, eyni vaxtda qanunsuz olaraq hərbi silah satışına cəhd edən 15 təqsirləndirilən şəxs saxlanılıb.
“Hadisəni törədənlərdən müsadirə edilən silahlar arasında Rusiyanın “Kalaşnikov” avtomatı, “Oçaq” lüləli qumbaraatan, bir dəstə qumbara və partlayıcı maddələr də olub”, - deyə UTX əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu