Silah sursat aşkar edilərək götürülüb

14.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, iyulun 12-də və 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 7 qumbara, 5 alışdırıcı, 3 tüfəng, 22 patron darağı və 170 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью