Silah və sursat qaçaqmalçılığı : Saxlanılanlar var

19.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyədə silah və sursat qaçaqmalçılığına qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, mütəşəkkil silah və sursat qaçaqçılığı cinayətini törətməkdə şübhəli bilinən 55 şübhəliyə qarşı eyni vaxtda əməliyyat keçirilib, 39-unun isə təşkilatdan silah satın aldığı müəyyən edilib.

39 şübhəli ifadələri alındıqdan sonra sərbəst buraxılarkən, ədliyyəyə sövq edilən 16 şübhəlidən 10-u həbs edilib.

Əməliyyat zamanı çoxlu sayda sənədsiz silah ələ keçirilib.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью