Silahdan idarəetməyə: Suriya post müharibə dövrünə daxil olur | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyada baş verən son hadisələrə təkcə cəbhə xəttindəki dəyişikliklər prizmasından baxmaq kifayət etmir.
Hazırda ölkədə paralel güc mərkəzlərinin tədricən sıradan çıxarıldığı, müharibədən sonra yaranmış qeyri-müəyyən idarəetmə modelinin bağlandığı bir mərhələ yaşanır.
Bu mərhələ nə klassik hücum əməliyyatıdır, nə də sadə atəşkəs prosesidir.
Bu, Suriyanın gələcək siyasi arxitekturasının faktiki olaraq sahədə formalaşdırılmasıdır.İllərdir şimal və şimal-şərqdə mövcud olan vəziyyət müvəqqəti balans üzərində qurulmuşdu.
Silahlı strukturlar təhlükəsizlik, idarəetmə və resurslara nəzarət funksiyalarını dövlətin yerinə yetirirdi.
Lakin bu model nə iqtisadi baxımdan davamlı idi, nə də sosial legitimliyə malik idi.
Ərəb tayfaları, yerli icmalar və hətta bu strukturların daxilində olan qruplar getdikcə mərkəzi hakimiyyətlə birbaşa əlaqə axtarmağa başladılar.
Tam oxu
Xəbəri oxu