Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samuxda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar təşkil edilmiş anım tədbiri çərçivəsində “Salnamə” film kinostudiyasının istehsalı olan “Silahdaşlar” sənədli filmi nümayiş etdirilib.
Tədbir Samux Rayon Heydər Əliyev Mərkəzi və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) birgə təşkilatçılığı ilə baş tutub.
Kulis.az xəbər verir ki, filmi AKİ katibi, rejissor Tahir Tahiroviç təqdim edib.
Tədbirdə Samux rayonunun ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirin əsas məqsədi 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətini gənc nəsilə çatdırmaq, şəhidlərin xatirəsini ehtiramla yad etmək və milli yaddaşın qorunmasına töhfə vermək olub.
2019-cu ildə istehsal olunmuş filmdə 1990-cı ilin yanvar günlərində baş verən faciəli hadisələr zamanı kinematoqrafçıların fədakar əməyi və xatirələri əsasında ərsəyə gəlib.
“Silahdaşlar” sənədli filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, baxışdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.