Silahla ehtiyatsız davrandı, özünə xəsarət yetirdi | Icma.az
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu