Silahla gəzən sürücü saxlanıldı

03.05.2025

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postunda “BMW” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.

Sitat.info xəbər verir ki, sürücü, əvvəllər məhkum olunmuş 34 yaşlı R.Allahverdiyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança, patron darağı və bıçaq da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью