Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Silahlandırılan Ermənistan danışıqlarda pozucu mövqe tutacaq ve sülh sazişinin imzalanması yubadacaqdır" - DEPUTAT "Ermənistan və Fransa arasında strateji müdafiə məsləhətləşmələri nəticəsində 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı imzalanması gözlənilən idi .
Həm Avropa İttifaqı, həm də Fransa regionda sülhə mane olan əsas qüvvələrdir .
Bu baxımdan sözügedən tərəflərin Cənubi Qafqazla bağlı siyasətinin əsas istiqaməti Ermənistan üzərindən regiona müdaxilə etməkdir".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, Ermənistan əvvəlcə şirnikləndirilir, öz tərəfinə çəkilir:
Ən sonda isə Ermənistan Fransanın və Avropa İttifaqının Cənubi Qafqazla bağlı bütün tapşırıqlarını yerinə yetirir.
Təbii ki, son illər yenilənən Müdafiə əməkdaşlıq proqramı Ermənistanı növbəti revanş cəhdlərinə və gərginliyə hazırlaşdırmağa hesablanıb.
Bu dövlətin müdafiə və təhlükəsizlik imkanları artırılacaq. Bununla da Ermənistan sülhdən yayınacaq. Əsas məqsəd də elə budur.