Silahlar könüllü təhvil verilib

06.05.2025

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN Mətbuat Xidməti yayıb. 

Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 2 patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində də tədbirlər davam etdirilir.

Keçirilmiş tədbirlərlə Sabunçu, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhəri ərazisində 3 avtomat silahı, 2 patron darağı və 21 ədəd patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью