525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Hizbullah” silahlarını Livan hökumətinə təhvil verməlidir.
525.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
O deyib ki, atəşkəs Livana da şamil edilməlidir ki, bu da “Hizbullah”ın nizamlı şəkildə tərksilah edilməsinə imkan verəcək.
Fransız nazir hesab edir ki, silahların təhvil verilməsi İsrail ilə Livan arasında onilliklərdir davam edən münaqişənin həllinə kömək edəcək.
Qeyd edək ki, aprelin 14-də ABŞ-da İsrail ilə Livan arasındakı münaqişənin həlli ilə bağlı danışıqlar aparılıb.
Pərvanə Sultanova