Silahlı atışma zamanı 4 nəfər ölüb, 12 nəfər yaralanıb

11.10.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

ABŞ-ın Missisipi ştatında baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə hakimiyyət orqanlarına istinadən CBS telekanalı məlumat yayıb.

Hadisə Leland şəhərində qeydə alınıb. Mer Con Linin sözlərinə görə, atışma gecə yarısı baş verib və dörd yaralı yerli xəstəxanalara çatdırılıb.

Onların vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib. Hadisə ilə bağlı şübhəli bilinən şəxs yoxdur, istintaq davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью