Silahlı köçərilər hərbçilərə hücum etdi

05.01.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kamerunun cənub-qərbində Fulani silahlı köçəri qrupunun hücumu nəticəsində ən azı beş hərbçi həlak olub, daha üç əsgər isə itkin düşüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Alwihda” xəbər portalı məlumat yayıb.

Hərbçilərə hücumun səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, Kamerunda fermerlərlə köçəri Fulanilər arasında su ehtiyatları və otlaqlara bağlı tez-tez mübahisələr olur. Bəzən bu mübahisələr silahlı toqquşmalara çevrilir. Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə münaqişənin qarşısını almaq üçün hərbçilər göndərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью