Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquqlarını tanıyıb və məcburi hicab taxmağı qadağan etdiyini açıqlayıb.
Reyting.az bildirir ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti yazıb.
Nəşr komandanlığın sözlərindən sitat da gətirib:
“Ali Komandanlıq qadınları müəyyən üslubda geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxilə etməyi və ya xarici görünüşü ilə bağlı iddialar irəli sürməyi qəti şəkildə qadağan edir”.
Xatırladaq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs da daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Dekabrın 8-də isə müxalifət qüvvələri Suriya hökumət qoşunlarının geri çəkilməyə məcbur edildiyi Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb.
E. KAMAL