Silahlı şəxs banka hücum etdi

09.04.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya polosi ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində "Sparkasse" bank filialına silahla daxil olan kişini zərərsizləşdiriblər .

Moderator.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilir ki, bu gün axşam saatlarında silahlı kişi "Sparkasse" filialına daxil olub. Polis gələndə şübhəli hələ də binanın içində olub. Bank hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb və polis helikopteri hadisə yerində dövrə vurub.

Silahlı şəxs polis tərəfindən saxlanılıb.

Hadisənin motivləri məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью