Silahlılar kurort mərkəzini atəşə tutdu 26 turist öldü

23.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Hindistanın nəzarətində olan Kəşmirdə silahlı şəxslər kurort mərkəzlərindən birini atəşə tutublar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 26 turist həlak olub, əksəriyyəti ağır olmaqla 30-dan çoxu yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. 

Polis insidentdə Hindistan hakimiyyətinə qarşı döyüşən yaraqlıları günahlandırır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, azı dörd silahlı onlarla turisti yaxın məsafədən atəşə tutub. Ölən turistlərin çoxu hindistanlı olub.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью