Silahlılar sərnişinləri avtobusdan düşürüb, güllələdilər

19.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Pakistanın cənub-qərbində silahlı şəxslər Lahor şəhərinə gedən avtobusun qarşısını kəsərək sərnişinləri qətlə yetiriblər.

Avtosfer.az AFP agentliyinə istinadən xəbər verir ki, qanlı olayı Pakistanın Bəlucistan əyalətinin rəsmisi Səadət Hüseyn də təsdiq edib.

O qeyd edib ki, hücum edən silahlılar əvvəlcə atəş açaraq, avtobusun təkərlərini partladıblar. Daha sonra sərnişinləri düşürərək onların pasportlarını tələb ediblər. Sərnişinləri yolun kənarına düzən silahlılar onlardan yeddisini qətlə yetiriblər.

Hələlik hadisənin hansı terror qruplaşması tərəfindən törədildiyi məlum deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью