Silikonları ilə yadda qalan Miss Rusiya ərə gedir

12.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təbii olmayan görünüşünə görə müsabiqədəki qələbəsi sosial şəbəkələrdə tənqid edilən "Miss Rusiya 2025" gözəli Anastasiya Venza ailə qurmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, 23 yaşlı model "StarHit"ə müsahibəsində nişanlandığını açıqlayıb:

“Bu, təxminən iki həftə əvvəl, Maldiv adalarında istirahət edərkən baş verdi. Açığı, heç gözləmirdim. Mənim üçün böyük sürpriz oldu!”.

Venza həmin şəxsin kimliyini açıqlamayıb.

Qeyd edək ki, Venzanın 2025-ci ildə milli müsabiqənin qalibi olması qalmaqalla müşayiət edilib. Sosial şəbəkə istifadəçiləri və şou-biznes nümayəndələri onun plastik əməliyyat etdirdiyini və dolğularının həddindən artıq olduğunu iddia edərək ona “Silikon Miss” ləqəbi taxıblar. 2025-ci ilin noyabrında Venza Tailandda keçirilən “Kainat gözəli” beynəlxalq müsabiqəsində Rusiyanı təmsil etsə də, finalın 30 iştirakçısı sırasına düşə bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью