Silsilə oğurluqlar edən şəxs saxlanıldı

17.07.2025

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Nəsimi rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən 19 yaşlı A.Əliyev saxlanılıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin "Tufan” və "Minsk” markalı 2 motosikleti qaçırması, ümumi dəyəri 2100 manat olan 2 mopedi və bir qadına məxsus mobil telefonu oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью