Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva Çempionlar Liqasının liqa mərhələsindəki çıxışları barədə fikirlərini bölüşüb.
"Football-plus.az" xəbər verir ki, o, bu haqda ölkəsinin "bahianoticias.com.br" saytına danışıb.
28 yaşlı futbolçu deyib ki, ÇL-dəki bu anlar üçün çox xoşbəxtdi:
"Çempionlar Liqası hər bir futbolçunun çıxış etmək arzusunda olduğu səhnədi. Belə səviyyəli oyunlarda “Qarabağ”a kömək etmək mənim üçün xüsusi hissdi. Komandamızın işi çox güclüdü və biz yenə tarix yaza biləcəyimizi bilirik. Hazırda əsas məsələ soyuqqanlı qalmaq və məqsədə köklənməkdi".