“SİMA İmza” və “Baku Electronics”dən YENİLİK

27.02.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

SİMA yeni nəsil rəqəmsal imza “Baku Electronics” şirkətinin onlayn mağazasına inteqrasiya edilib.

Artıq müştərilər onlayn hissəli alış-veriş zamanı müqavilələrini mağazaya getmədən “SİMA İmza” vasitəsilə elektron şəkildə imzalaya biləcəklər.

"Cebheinfo.az" xəbər verir ki, bu tərəfdaşlıq müqavilələrin daha sürətli və təhlükəsiz formada rəqəmsal imzalanmasını təmin edir, müştəri məlumatlarını etibarlı şəkildə qoruyur. Eyni zamanda, sənədlərin itmə riskini aradan qaldırır və kağız istifadəsini azaldaraq ətraf mühitə mənfi təsiri minimuma endirir.

Məlumat üçün bildirək ki, müştəri və mağaza arasında “SİMA İmza” ilə bağlanılmış elektron müqavilə kağız müqavilə ilə eyni hüquqi qüvvəyə malikdir. “SİMA İmza” və “Baku Electronics” bu yeniliklə müştəri təcrübəsini daha müasir etmək və ölkədə rəqəmsal xidmətlərin inkişafını sürətləndirmək məqsədi daşıyır. 

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. Rəqəmsal imza əldə etmək üçün xidmət məntəqəsinə getmədən, olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Hazırda tətbiqin yüklənilmə sayı 6 milyondan çoxdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью