SİMA rəqəmsal imza Birbank da!

26.05.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

SİMA yeni nəsil biometrik imza Birbank mobil tətbiqinə inteqrasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, artıq vətəndaşlar mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyətlərini “SİMA İmza”nın üztanıma texnologiyası vasitəsilə anında təsdiqlədə biləcəklər.

1 dəqiqə çəkən proses zamanı Birbank daxilində istifadəçinin rəqəmsal imzası yaradılacaq. Həm Birbank, həm də Bir ekosistemə aid digər platformalarda məsafədən kimliyin təsdiqlənməsi və sənədlərin imzalanması zamanı “SİMA İmza”dan istifadə ediləcək.

Qeyd edilən yenilik həm yeni istifadəçilərə, həm də Birbank-da qeydiyyatı olan mövcud istifadəçilərə (mobil tətbiqdən çıxış edib yenidən daxil olan zaman) şamil edilib.

Yeni inteqrasiya istifadəçilərə daha sürətli, rahat və innovativ rəqəmsal identifikasiya təcrübəsi təqdim etməklə yanaşı, rəqəmsal ekosistemin inkişafına da töhfə verir.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılıb. Hazırda “SİMA İmza” tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə “SİMA İmza” mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью