SİMAdan istifadəçilərə göndərilən bildirişlərlə bağlı AÇIQLAMA Foto

09.01.2025

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

SİMA mobil tətbiqinin istifadəçilərə bildiriş göndərilib.

Ölkə.Az xəbər verir ki, 2 dəfə ardıcıl göndərilən bildirişdə sadəcə qarışıq hərflər qeyd edilib.

Bəzi istifadəçilər vəziyyətdən narahat olublar.

Mövzu ilə bağlı “AzInTelecom” MMC-dən Ölkə.Az-ın sorğusuna cavb olaraq bildirilib ki, bildirişlər test məqsədlidir:

"Hörmətli SİMA İmza istifadəçiləri, nəzərinizə çatdıraq ki, SİMA İmza tətbiqində bildiriş funksionallığının təkmilləşdirilməsi ilə bağlı bir sıra dəyişikliklər həyata keçirilir. Bu təkmilləşdirmə prosesi çərçivəsində bəzi istifadəçilərə səhvən test məqsədli bildirişlər göndərilmişdir.

Yaranmış narahatlıq üçün üzr istəyirik" - açıqlamada deyilir.

Qeyd edək ki, SİMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan bulud əsaslı yeni nəsil rəqəmsal imzadır.

Billurə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью