Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kola yarımadası, sərt iqlimə baxmayaraq, qədim zamanlardan həyatın mərkəzi olub.
Samilər bir neçə min il burada məskunlaşıblar və texnologiya və qloballaşma dövründə öz həyat tərzini qoruyub saxlayıblar.
KONKRET.az Kola samilərinin yaşam tərzi haqqında yazı təqdim edir.
Avropanın Şimal-Qərbində yerləşən Kola yarımadası haqqında məlumatlarda bildirilir ki, bölgədə 11 min il əvvəl proto-samilər məskunlaşıb.
Həmin ərazi müasir Norveç, Finlandiya və İsveçi əhatə edir. Arxangelsk bölgəsinin qərbi də Kola yarımadasına daxildir.
Bu torpaqlarda məskunlaşan samilər ovçuluq, balıqçılıqla məşğul olublar. Eyni zamanda, şimal adamları yarımköçəri həyat sürüblər.
Təxminən eramızdan iki min il əvvəl samilərin çoxu Kola yarımadasının Tersky sahillərində məskunlaşmağa başlayıb.