Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Şimal axını 2” qaz boru kəmərinin partladılmasında təqsirləndirilən şəxsin bu cinayət işində əlinin olması ehtimalı yüksəkdir.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Almaniya Ali Məhkəməsinin məlumatında bildirilir.
Məlumatda deyilir: “Məhkəmənin qərarına əsasən, şikayətdəki arqumentlərin əksinə olaraq, ukraynalı müttəhimin cinayət təqibi - əgər o, xarici kəşfiyyat xidməti adından təxribat aktında iştirak edibsə - dövlətin beynəlxalq hüquqi toxunulmazlığından irəli gələn vəzifəli şəxslərin ümumi toxunulmazlığı istisna edilmir”.
V. QULİYEV