Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xaçmaz, 4 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan 447 şagird Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinə vəsiqə qazanıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Xaçmaz rayonu üzrə 139, Quba rayonu üzrə 129, Qusar rayonu üzrə 72, Şabran rayonu üzrə 69, Siyəzən rayonu üzrə isə 38 şagird vəsiqə əldə edib.
Şagirdlərdən 121-i Azərbaycan dili, 90-ı riyaziyyat, 63-ü informatika, 53-ü coğrafiya, 44-ü tarix, 30-u biologiya, 26-sı kimya, 20-si isə fizika fənni üzrə uğur qazanıb.