Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan, İran və Rusiya Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun genişləndirilməsi ilə bağlı yeni üçtərəfli saziş imzalayıblar.
“Cebheinfo.az”-ın məlumatına görə, razılaşma MDB ölkələrinin dəmir yolları idarələrinin sammiti çərçivəsində əldə olunub.
İran, Rusiya və Azərbaycan dəmir yollarının rəhbərləri uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalayıblar.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Nəqliyyat Şurasının 83-cü iclası 15 üzv dövlətin liderləri və nümayəndə heyətlərinin iştirakı ilə Bakıda keçirilib.
Bu memorandum Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu boyunca yük daşımaları üçün sabit qiymətlərin müəyyən edilməsi, rəqabətədavamlı vahid tariflərin müəyyən edilməsi və logistika xidmətlərinin genişləndirilməsi kimi sahələri əhatə edir.
“Memoranduma uyğun olaraq, üç ölkə sabit və qarşılıqlı faydalı ikitərəfli və çoxtərəfli əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyib və Şimal-Cənub dəhlizinin qərb marşrutunu aktiv regional tranzit marşrutuna çevirməyi qarşıya məqsəd qoyub”, - deyə İran mediası yazır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin