Şimal qərb bölgəsinə 30 sm qar yağıb

02.01.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şimal-qərb bölgəsinə 30 sm qar yağıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, son günlər şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Yanvarın 1-i axşam saatlarından başlayaraq bölgənin əksər ərazilərinə qar yağır. Temperatur yüksək dağlıq ərazilərdə -15 dərəcəyə qədər düşüb.
Qax, Zaqatala və Şəki rayonlarının ərazilərinə daha çox qar yağıb. Hazırda Qax rayonunun Sarıbaş kəndində qarın hündürlüyü 30-sm, İlisu kəndində 20 sm, Zaqatalanın Car kəndində isə 15 sm-dan çoxdur. Qarın yağması ilə bağlı bölgəyə işığın və təbii qazın verilməsində ciddi problem yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью