Şimal qərb bölgəsinə sel nə qədər zərər vurub? VİDEO

12.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son günlər yağan intensiv yağışlar ölkənin şimal-qərb bölgəsində ciddi fəsadlar yaradıb. Hazırda Zaqatalada selin törətdiyi zərərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir.
Bizim.Media xəbər evrir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) hazırladığı videomaterialda bildirilib.
Selin ən çox zərər vurduğu sahələrdən biri su infrastrukturu olub. Hazırda içməli su xətləri bərpa edilir. Həmçinin güclü sel yol infrastrukturuna da ciddi ziyan vurub. Nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün əraziyə texnikalar cəlb olunub və yolların bərpası işləri davam etdirilir.

​​​​​​​Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью