Şimal rayonlarında 4,6 gücündə zəlzələ oldu

14.08.2026

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Bu gün, 14 avqust 2026-cı il saat 20:56 radələrində Azərbaycanın şimalında zəlzələ baş verib. İlkin məlumatlarda maqnitudanın 4,6 olduğu bildirilir. Zəlzələ Quba və ətraf rayonlarda hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu bildirir ki, ocağın dərinliyi 13 kilometr olub. Zəlzələnin şimal bölgəsinin bir sıra ərazilərində hiss olunduğu qeyd edilir.

Eyni zamanda, ilkin beynəlxalq seysmik monitorinq məlumatlarında zəlzələnin 5,0 maqnitudaya yaxın qiymətləndirildiyi və episentrin Şabran–Quba–Xızı istiqamətində ola biləcəyi göstərilir.

**

Şimal rayonlarında, xüsusilə Quba–Xızı istiqamətində yeraltı təkan baş verdiyi barədə ilkin məlumat yayılıb.

İlkin seysmik monitorinq məlumatında təkanın maqnitudasının 4-5 aralığında ola biləcəyi bildirilir.

Hadisə ilə bağlı Azərbaycan Seysmoloji Xidmət Mərkəzinin rəsmi açıqlaması gözlənilir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью