Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
FHN Qubada zəlzələ ilə bağlı açıqlama yayıb
14 avqust 2026-cı il saat 20:56 radələrində Azərbaycanın şimalında zəlzələ baş verib. İlkin məlumatlarda maqnitudanın 4,6 olduğu bildirilir. Zəlzələ Quba və ətraf rayonlarda hiss olunub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan AYNA.AZ-a bildirilib ki, ocağın dərinliyi 13 kilometr olub. Zəlzələnin şimal bölgəsinin bir sıra ərazilərində hiss olunduğu qeyd edilir.
Eyni zamanda, ilkin beynəlxalq seysmik monitorinq məlumatlarında zəlzələnin 5,0 maqnitudaya yaxın qiymətləndirildiyi və episentrin Şabran–Quba–Xızı istiqamətində ola biləcəyi göstərilir.
Yeraltı təkanlar Quba və Xaçmaz rayonlarında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunun ki, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.