“Şimal” “Samur”u 3:0 hesabı ilə məğlub etdi

26.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Şimal” FK növbəti yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, komanda “Samur”la qarşılaşıb. Mucuqoba stadionunda keçirilən görüş “Şimal”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komandanın heyətində Murad Dadaşov 24-cü, Moustapha Niambele 32-ci, Pirvərdi Seyidov isə 86-cı dəqiqədə fərqlənib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью