Şimal yarımkürəsində istilik dalğaları və quraqlıq alimləri təşvişə saldı

03.03.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinli və amerikalı alimlər Şimal yarımkürəsinin iqlimində əndişə doğuran dəyişikliklər aşkarlayıblar.

Oxu.Az "Nature Communications" jurnalına istinadla xəbər verir ki, son onilliklərdə burada istilik dalğaları daha da güclənib və çoxalıb.

Bildirilir ki, bu da əhəmiyyətli iqtisadi itkilərə və insanlar arasında qurbanların olmasına gətirib çıxarıb.

Tədqiqat həmçinin müəyyən edib ki, Sakit okeanın ekvatorial hissəsində dəniz səthinin temperaturu Qərbə doğru dəyişib.

Bu da öz növbəsində, iqlim mərkəzlərinin yerdəyişməsinə və Şimal yarımkürəsinin orta enliklərində ekstremal hava hadisələrinin artmasına səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью