Icma.az, Report.az portalına istinadən məlumat verir. Bu il havaların əlverişli keçməsi sayəsində Xaçmaz və Şabran rayonlarında salınmış xur
Bununla belə, məhsul bolluğuna baxmayaraq, sözügedən rayonların fermerləri yetişdirdikləri meyvənin satışında problemlə üzləşiblər.
Təsərrüfat sahibləri bu il satışının çox zəif olduğunu, bu vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər.
O baxımdan, fermerlərin əksəriyyəti yetişdirilməsi üçün əziyyət və xərc çəkdikləri xurmanı dəyər-dəyməzinə satmaqdansa, məhsulu ağacda saxlamağa üstünlük verir.
Nəticədə tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur.
“Report”un Şimal bürosuna danışan bağ sahibləri deyirlər ki, xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır.
Onların sözlərinə görə, alverçilər bağlardan xurmanın bir yeşiyini (təqribən 10 kiloqram) 2 manata alırlar.
Bu isə o deməkdir ki, xurmanın hər kiloqramından fermerə cəmi 20 qəpik qalır.