“Şimal1” ESdə istehsal olunan enerjinin miqdarı açıqlanıb AZƏRTAC

29.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Cari il noyabrın 1-dək “Şimal-1” Elektrik Stansiyasında istismara verildiyi tarixdən 51,52 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şimal-1” Elektrik Stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.

Gücü 265 meqavat olan 1 ədəd qaz turbini və gücü 135 meqavat olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 meqavat təşkil edir.

Qeyd edək ki, ölkənin ikinci böyük elektrik stansiyası olan “Şimal-1” Elektrik Stansiyası Bakının 40 faizdən çox ərazisini elektrik enerjisi ilə təchiz edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью