“Şimal1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

29.11.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İstismara verildiyi tarixdən cari ilin 1 noyabr tarixinədək “Şimal-1” Elektrik Stansiyasında 51,52 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, “Şimal-1” elektrik stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib.

“Gücü 265 MVt olan 1 ədəd qaz turbini və gücü 135 MVt olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 MVt təşkil edir”, - məlumatda qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью