Şimali Amerikada iki ayda 6 təyyarə qəzası: ölənlərin sayı 100 ə yaxındır

22.02.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İlin əvvəlindən bu günə qədər Şimali Amerikada 6 aviaqəza baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Yanvarın 29-da Vaşinqtonda baş verən qəza zamanı təyyarədə olan 67 nəfərin (sərnişin və ekipaj üzvləri) hamısı həlak olub.

Yanvarın 31-də Filadelfiyada aviaqəza zamanı 7 nəfər həyatını itirib, 24 nəfər yaralanıb.

Alyaskada fevralın 6-da qeydə alınan qəzada sağ qalan olmayıb. Təyyarədə olan 10 nəfərin hamısı həyatını itirib.

Fevralın 10-da isə Arizonada təyyarə qəzaya uğrayıb. Bu zaman 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Fevralın 18-də Kanadanın Toronto şəhərində təyyarəyə qəzaya uğrayıb, 21 nəfər yaralanıb.

Ən son olaraq isə təyyarə qəzası Arizonada baş verib. 2 nəfər həlak olub.

Müxtəlif aviaşirkətlərə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində ümumilikdə 87 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью