Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Türk dünyasının flaqman ölkələrindən biri olan Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri demək olar ki, bütün sahələrdə çox yüksək səviyyədə təmin olunub.
Yeni seçilən prezident tərəfindən bu əlaqələrin qırılmasına gətirib çıxara biləcək bir xarici siyasət kursu sərgilənəcəyi gözlənilmir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb.
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda çıxış edən Macarıstan Avropa İttifaqına üzv olan dövlətlərdən biridir.
Yəni təkcə nəzəri deyil, həm də praktiki cəhətdən Avropa İttifaqına üzv olan dövlətin Türk Dövlətləri Təşkilatında təmsil olunması onun nə xarici siyasət kursuna ziddiyyət təşkil edir, nə də Türk Dövlətləri Təşkilatı üçün hansısa bir maneə kimi dəyərləndirilir.
Azər Allahverənov “Şimali Kipr Türk Cümhuriyyətinin Avropaya inteqrasiya meylləri bir qədər də sərt şəkildə həyata keçirilərsə və Türk dünyası ilə əlaqələrin qırılmama şərti baş verərsə, düşünmürəm ki, Türk Dövlətləri Təşkilatı platformasında Şimali Kipr Türk Cümhuriyyətinin təmsil olunmaması kimi meyllər güclü olsun.
İstənilən halda Şimali Türk Dövlətləri Təşkilatı çox açıq bir platformadır.