Şimali Kipr öz ərazilərini güzəştə getməyəcək

29.11.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel adanın yunan hissəsinin lideri Nikos Xristodulidesin Qapalı Maraş şəhərinə nəzarət müqabilində ŞKTC-nin Famaqusta limanının Avropa Birliyi tərəfindən idarə edilməsi təklifinə sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, ŞKTC-nin ərazisinin bir qarışının belə güzəştə gedilməyəcəyini vurğulayan Ü.Üstel, Qapalı Maraşda zəlzələyə davamlı olmayan bütün binaların da söküləcəyini açıqlayıb.
Üstel deyib: "Xristodulidesin unutduğu bir şey var. Şimali Kipr Türk Respublikasının sərhədləri 20 iyul 1974-cü il tarixində başlayan Kipr Sülh Əməliyyatı nəticəsində şəhidlərin qanı ilə müəyyən olunub".
 

Kiprdə münaqişənin yeganə həll yolunun “iki dövlətli” modeldən keçdiyini qeyd edən ŞKTR-nin Baş naziri, uzun illər BMT-nin iştirakı ilə davam edən federasiyaya dair danışıqlar prosesinin nəticəsiz qaldığını xatırladıb.


Bir vaxtlar Aralıq dənizinin ən dəbdəbəli turizm mərkəzlərindən biri olan Qapalı Maraş şəhəri 1974-cü ildən etibarən məskunlaşmaya qapalı elan edilib. 2020-ci ildə ŞKTC-dəki bu şəhər qismən turistlərin ziyarətinə açılıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью