Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24 ə yüksəlib

06.10.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşənlərin axtarışı zamanı daha bir nəfərin meyiti aşkarlanıb.

"Haber Global" xəbər verir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT analizinə başlanılıb.

Bununla da qəza nəticəsində ölənlərin sayı 24-ə yüksəlib. Hazırda 4 nəfər itkin düşmüş hesab olunur.

Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Gəmidə olanlardan 239 nəfər xilas olunub.

///report///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью