Şimali Kiprdə minlərlə azərbaycanlı tələbə təhsil alır

02.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən universitetlərdə minlərlə azərbaycanlı tələbə təhsil alır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ŞKTC-də Azərbaycan diasporunun rəhbəri Orxan Həsənoğlu məlumat verib. Onun sözlərinə görə, azərbaycanlı tələbələr müxtəlif ixtisaslar üzrə təhsil alır və diasporun fəaliyyətində, eləcə də təhsil sahəsində fəallıqları ilə seçilirlər.

Orxan Həsənoğlu bildirib ki, Şimali Kiprdə fəaliyyət göstərən universitetlərdə 50-dən çox azərbaycanlı professor və müəllim çalışır. Onlar öz bilik və bacarıqları ilə fərqlənərək təhsil sahəsinə töhfə verirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью