Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Şimali Kipr Türk Respublikasında prezident seçkilərinin keçirilməsi və burada hakimiyyət dəyişikliyinin baş verməsi təbii prosesdir.
Çünki Şimali Kiprdə demokratik təsisatlar fəaliyyət göstərir və seçkilərdə hakimiyyət qanadının nəticələrə təsir imkanları məhduddur.
Bu, bir neçə dəfə müşahidə edilib və xalqın iradəsinə əsaslanan hakimiyyətin formalaşması demokratik cəmiyyət üçün müsbət haldır.
Tufan Ərhürmanın prezident seçilməsi gözlənilən idi, çünki seçki ərəfəsində onun apardığı təbliğat kampaniyası güclü idi.
Kiprin gələcəyi ilə bağlı xalq arasında mövcud olan narahatlıqlar da onun qələbəsini təmin edən əsas amillərdən biri oldu".
Bu fikirləri Redaktor.az-a Şimali Kiprdə yeni seçilən prezident haqqında danışan politoloq Qafar Çaxmaqlı bildirdi.
Müsahibimiz qeyd etdi ki, Şimali Kipr ümumi Kipr adasının bir hissəsidir.