Şimali Kiprlə siyasi əlaqələrimiz dərinləşir Deputat

28.11.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan  Şimali Kipr və Orta Asiya ölkələri arasında qarşılıqlı dialoq və münasibətlərin  dərinləşməsində böyük səy göstərir.

Modern.az xəbər verir ki, bunu  Azərbaycan-Şumali Kipr Parlamentlərarası İşçi Qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü münasibətilə noyabrın 28-də Bakıda keçirilən tədbirdə deyib. 

Deputat bildirib ki, şimali kuprlilər 
ötən 41 il ərzində kifayət qədər inkişaf yolu keçiblər.
Türkiyənin hər zaman Azərbaycanın və Şimali Kiprin yanında olduğunu qeyd edən C.Feyziyev bildirib ki, bizim Şimali Kiprlə zəngin əlaqələrimiz vardır.  Siyasi əlaqələrimiz də getdikcə inkişaf edir.
O, Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşmasının əhəmiyyətini vurğulayıb.

Şimali Kiprin  bir neçə türkdulli təşkilatda üzv və müşahidəçi statusunda olmasından məmnunluğunu ifadə edən deputat deyib: "Ölkələrimiz elm, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq edirlər. Birliyimiz, qardaşlığımız ümumxalq türk birliyinin nəticəsidir. 
Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyindən əminik".


Səadət Hakıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью