Şimali Koreya: ABŞ bizə qarşı düşmənçilik siyasəti yürüdür

22.11.2024

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"ABŞ düşmənçilik siyasətindən əl çəkmək istəmir".

Bakıvaxtı.az "KCNA"ya istinadən xəbər verir ki, bunu Pxenyanda təşkil edilən "Milli Müdafiə İnkişafı-2024" silah sərgisində çıxış edən Şimali Koreya lideri Kim Çen In deyib.

Onun sözlərinə görə, Şimali Koreya ABŞ ilə danışıqlarda hər vasitəni sınayıb. Lakin ABŞ-nin Şimali Koreyaya qarşı dəyişməz işğalçı və düşmən siyasəti eynidir:

"Şimali Koreya heç bir şəraitdə təhlükəsizliyinin pozulmasına dözməyəcək. Ölkə təhdidlərə cavab vermək üçün özünümüdafiə qabiliyyətini daha ​​aqressiv və qeyri-məhdud şəkildə inkişaf etdirəcək".

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью