Şimali Koreya ABŞ ı Tayvan boğazında gərginliyi artırmaqda ittiham edir

07.10.2026

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Vaşinqton belə bir qarşıdurmanın nəticələrini aradan qaldıra bilib-bilməyəcəyi barədə iki dəfə düşünməlidir"

Şimali Koreya ABŞ-ı Tayvana silah satışı və hərbi dəstəyinə görə tənqid edərək, Vaşinqtonu Tayvan boğazında gərginliyi artırmaqda ittiham edib. AYNA.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumat yayıb.

Məlumatda deyilir: "Tayvan separatçı qüvvələrinin hansı metodlardan istifadə etməsindən və ya ABŞ-ın Tayvana hansı dəstəyi verməsindən asılı olmayaraq, bu, Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirməyəcək və beynəlxalq ictimaiyyətin "vahid Çin" prinsipinin fundamental tanınmasına xələl gətirməyəcək".

Agentliyin məlumatına görə, ABŞ "Tayvanın təhlükəsizliyi naminə güclü bir ölkə - Çin Xalq Respublikası ilə birbaşa qarşıdurmaya girməzdən əvvəl və Vaşinqtonun belə bir qarşıdurmanın nəticələrini aradan qaldıra bilib-bilməyəcəyi barədə iki dəfə düşünməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью