Şimali Koreya ABŞ nin Qəzza ilə bağlı planını qınayıb

12.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Şimali Koreya ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və orada yaşayan fələstinliləri zorla köçürmək planını pisləyib.

Bakıvaxtı.az bu barədə KCNA-ya istinadla xəbər verir. Belə ki, Pxenyan administrasiyası Trampın Qəzza planı ilə bağlı açıqlama verib.

Bəyanatda ABŞ-nin Qəzza zolağının ələ keçirilməsi və fələstinlilərin zorla başqa yerə köçürülməsi təklifi pislənib: 

“Dünya indi ABŞ-nin “bomba bəyanatı”na görə qaynayıb-qarışır. Donald Tramp birbaşa formada BMT-nin nizamnamələrini kəskin şəkildə pozur",- Şimali Koreya tərəfi açıqlamada qeyd edib.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью